top of page

 

Xpert

 

 

Xpert (tam adı: Şəhriyar Zahid oğlu Atababayev; 30 sentyabr 1990, Bakı, Azərbaycan SSR, SSRİ) - Azərbaycanlı repçi, bəstəkar.

 

Həyatı

Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.

Təhsili

1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir.

2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir.

 

Fəaliyyəti

2009-cu ildə A4 ləqəbli repçi ilə tanış olmuşdur. A4-ün köməyi və digər iki repçinin iştirakı ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirib. İlk vaxtlarda replərinin sözləri türkçə olmuşdur. Daha sonra Naqan, SertOzan, A4 adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır. 2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib. Bu Xpertin Azərbaycan dilində yazdığı ilk musiqi parçası olmuşdur. 2010-cu ilin ortalarında bütün musiqi parçaları Qanun Beatz "Maddə 1 The Mixtape" adlı albomda yayımlanmışdır. Daha sonra Ramires adlı repçi ilə "Yorğun Döyüşçü" adlı musiqi parçasısını yazmışdır. 2010-cu ilinin sonlarında tərkibində yer aldığı Synaps Production adlı label yaradılmışdır. 2010-cu ilin dekabr ayında o günə kimi yazılmış və yayımlanmış bütün musiqi parçalarını bir yerə toplamaq məqsədi ilə Rapsychology bootleg adlı albomu internetdə yayımlamışdır. Alboma yeni musiqi parçası yerləşdirmişdir.

2011-ci ilin yayında Synaps Production-un "Təcili Yardım" adlı konsertindən bir gün sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətə yollanmamışdan əvvəl səsyazmasını etmiş olduğu musiqi parçaları 11 noyabr 2011-ci ildə Synaps Production tərəfindən Makar10 adlı albomda toplanaraq 100 nüsxə tirajla satışa buraxılmışdır. Bu zaman Xpert hərbi xidmətdə olmuşdur.

2012-ci ildə hərbi xidməti bitirib geri qayıtmışdır. Qısa müddətdə bir neçə "single track" (tək musiqi parçası) çıxarmışdır. Synaps Production-da çalışan digər bir repçi Ramires ilə olan bütün duetlərini bir araya toplayaraq Sarkoma EP adı ilə yayımlamışdır. 2013-cü ilin mart ayında öz evində qardaşı ila birlikdə büdcəsi 11 manat 50 qəpik olan ilk klipini çəkmişdir. Şaman adlı musiqi parçası 24 saat ərzində YouTube-da 12 000 baxış sayı toplayaraq şəxsi rekorda imza atmışdır. Mart ayının sonu La Poax adlı EP albom internet vasitəsilə yayımlanmışdır. Avqust ayında "Guerrilla" adlı ikinci klip təqdim olunmuşdur. 2 noyabr 2013 tarixində solo konsert vermiş və satış üçün nəzərdə tutduğu ikinci albomunu — Akula-nı yayımlamışdır.

2014-cü ilin əvvəlində “Sarışan Hallar” və bir neçə ay sonra isə “Bataqlıq Donuzu” klipləri yayımlanmışdır. 2015-ci ilin əvvəlində sayca 6-cı, satış üçün isə nəzərdə tutulmuş 3-cü albomunun təqdimat videosunu təqdim etmişdir. 9 may 2015-ci il tarixində ikinci solo konsertini vermişdir. Paralel olaraq yeni Qassab albomundan "single" parçaları yayımlamışdır. 30 sentyabr tarixində Xpertin növbəti klipi — “Və bir də” yayımlanmışdır.

  • Makar10 (2011)

  • Akula (2013)

  • Qassab (2015)

  •  

     

     

     

     

     

     

     

     

     

     

© 2023 by Name of Template. Proudly created with Wix.com
 

bottom of page